Xəzər rayonu, Binə qəsəbəsində sərnişin avtobusu yanıb.
Globalinfo.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında 160 nömrəli marşrut avtobusunda qeydə alınıb.
Hələlik hadisənin baş vermə səbəbi və xəsarət alanlar barədə məlumat yoxdur.
FHN-dən bildirilib ki, hadisə vaxtı BMC markalı avtobusun yanar hissələri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.














