rusiya raket12

Britaniya hakimiyyəti Rusiya Prezidenti Vladimir Putinin “Burevestnik” raketinin sınaqlarının başa çatması ilə bağlı açıqlamasından sonra narahat olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Express” qəzeti məlumat yayıb.

Məqalədə qeyd olunur:

“Vladimir Putin Böyük Britaniyaya qarşı sərt xəbərdarlıq edib və Rusiya tərəfindən məhdudiyyətsiz uzaqlığa malik yeni nüvə raketinin sınaqlarının uğurla başa çatdığını təsdiqləyib”.

Nəşrin yazdığına görə, “Burevestnik” raketini “məğlubedilməz” adlandırırlar, çünki onun uçuş trayektoriyasını izləmək demək olar ki, mümkün deyil.

Tahir Turan

Globalinfo.az

Paylaş: