68fa820f7bb9d68fa820f7bb9e1761247759c7c3e78e3c9d26cc1158a8735d548eaa 20 scaled

Misir Qəzza zolağına israilli girovların həlak olmuş cəsədlərini tapmaq üçün xüsusi qrup göndərəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Misirin “Al-Qahira Al-İhbaria” telekanalı məlumat yayıb.

Məlumatlara görə, qrupla birlikdə axtarış işləri üçün zəruri avadanlıqlar da göndəriləcək. Əlavə detallara hələ toxunulmayıb.

Xatırladaq ki, 13 oktyabr səhər HƏMAS və onun müttəfiqləri Qəzza zolağında sülh razılaşmalarına uyğun olaraq 20 sağ qalan israilli girovu azad edib. Həmin gün axşam Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) vasitəsilə israillilərə 4 girovun həlak olmuş cəsədi təhvil verilib. İsrail tərəfi ilk mərhələdə 28 cəsəddən yalnız 4-nün qaytarılmasına etirazını bildirib. İsrailin müdafiə naziri İsrael Kats bunu “razılaşmanın pozulması” adlandırıb və prosesin ləngidilməsinin nəticələri olacağı barədə xəbərdarlıq edib.

Ümumilikdə İsrail tərəfi Qəzzadan 14 cəsəd alıb, məhkəmə ekspertləri 13 girovun cəsədini tanıyıb. İsrailin məlumatına görə, HƏMAS hələ 15 girovun qalan cəsədini saxlayır.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: