İsrail ordusunun Livanın Nəbatiyə bölgəsinə endirdiyi zərbədə “Hizbullah”ın cənub cinahı qərargahının logistika üzrə komandiri Abbas Həsən Kərki ölüb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Məlumata görə, sözügedən şəxs “Hizbullah”ın döyüş qabiliyyətinin bərpası prosesinə rəhbərlik edənlərdən biri olub.
O həm də, Livanın cənubuna silah daşınması və saxlanmasına nəzarət edib.
İsrail ordusu “Hizbullah”ın fəaliyyətlərinin İsrail və Livan arasında əldə olunan anlaşmalara zidd olduğunu bildirib.