Xəzər sahilində Türkiyə vətəndaşı saxlanıldı – FOTOLAR

Xəzər sahilində Türkiyə vətəndaşı saxlanıldı - FOTOLAR

Şabranın Xəzər dənizi sahil zolağında ov qaydalarını pozanlar saxlanılıb.

Globalinfo.az xəbər verir ki, araşdırma zamanı ov qaydalarını pozan şəxslərin Türkiyə Respublikası vətəndaşı Mervan Çağrı Tapınç və  Bakı şəhər sakini Zahid Həsənov olduğu müəyyən edilib. Onların “Niva” markalı nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildə qanunsuz əldə edilmiş 3 Şahin quşu, 1 göyərçin və 3 tələ aşkar olunub.

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunaraq hər birinə 2000 manat məbləğində cərimə tətbiq edilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ov fəaliyyəti ilə məşğul olan şəxsləri qaydalara ciddi əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan edilmiş alətlərlə  ov etməkdən çəkinməyə çağırır.

sahin-qusunu-qanunsuz-ovlayanlar-saxlanildi Xəzər sahilində Türkiyə vətəndaşı saxlanıldı - FOTOLAR