NATO-nun Baş katibi Mark Rutte Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Bildirilir ki, Rutte oktyabrın 21-də Ağ Evdə danışıqlar aparmaq üçün Vaşinqtona səfər edib.
“NATO-nun Baş katibi Mark Rutte 2025-ci il oktyabrın 21-dən 22-dək Vaşinqtona səfər edəcək. Baş katib ABŞ Prezidenti Donald Trampla görüşəcək”, – təşkilatın yaydığı bəyanatda qeyd olunur.
Görüşdə Ukraynadakı vəziyyət, Avropa təhlükəsizliyi və ABŞ–NATO münasibətlərinin gələcək istiqamətlərinin müzakirə ediləcəyi gözlənilir.
Tahir Turan
Globalinfo.az