owl detail 620 95bdb6f306d1be65d25adf8cd0262d8f

UkraynaABŞ Prezidentləri Volodimir Zelenski və Donald Trampın  görüşünə Böyük Britaniya reaksiya verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb.

Bildirilir ki, görüş dünya mediasının diqqət mərkəzində olsa da, İngiltərəyə görə Kiyev üçün nəticələr qarışıq olub.

Qeyd olunur ki, Ukrayna hakimiyyəti görüşdən sonra “çox əsəbi” vəziyyətə düşüb. Yüksək rütbəli ukraynalı məmur bildirib ki, Trampın bəzi son açıqlamaları Ukrayna üçün ümidverici olsa da, ABŞ Prezidentinin Vladimir Putinlə telefon danışığı nümayəndə heyətinin əhval-ruhiyyəsini pozub.

Məmur əlavə edib ki, bu səbəbdən Kiyev danışıqların uğuruna inamını itirib və ABŞRusiya dialoqunun nəticələrinin Ukrayna maraqlarına necə təsir edəcəyindən narahatdır.

Tahir Turan
Globalinfo.az

Paylaş: