Atlantik okeanı üzərində uçuş zamanı fövqəladə vəziyyət elan edən ABŞ-ın müdafiə naziri Pit Heqsetin təyyarəsi Böyük Britaniyada təcili eniş edib.

Globalinfo.az xəbər verir ki, bu barədə nazirin köməkçisi Şon Parnell sosial şəbəkə hesabında məlumat paylaşıb. Onun sözlərinə görə, hadisəyə təyyarənin ön şüşəsində yaranan çat səbəb olub.

“Qabaq şüşədə qəfil çat əmələ gəldi, bu isə ekipajı geri dönməyə məcbur etdi. Pilotlar vəziyyəti peşəkarlıqla idarə etdilər”, – Parnell qeyd edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: