Xalq artisti Ramiz Quliyev ilə vida mərasimi 16 oktyabr tarixində saat 11:00-13:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Mərhum II Fəxri Xiyabanda dəfn olunacaq.
Globalinfo.az bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.
***10:13
Azərbaycanın Xalq artisti, tarzən Ramiz Quliyev vəfat edib.
Globalinfo.az bildirir ki, bu barədə “Report”a onun oğlu Əyyub Quliyev məlumat verib.
Xatırladaq ki, Xalq artisti səhhətinin pisləşməsi ilə əlaqədar sentyabrın 29-da Mərkəzi Gömrük Hospitalına yerləşdirilmişdi.