Qəzza sammiti zamanı ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı “sərt qoz” (möhkəm mənasında – red.) adlandırıb.
Globalinfo.az xəbər verir ki, Tramp çıxışında Türkiyə ordusunun dünyanın ən güclü ordularından biri olduğunu bildirib və Ərdoğanın son münaqişələrdə qazandığı qələbələrə işarə edib.
Amerika lideri həmçinin Ərdoğanı sadəcə tək qalmaq istəyən, amma dost kimi hər zaman yanında olan biri kimi xarakterizə edib
Qeyd edək ki, Misirdə keçirilən sammitdə Misir prezidenti Əbdülfəttah əs-Sisi, Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani, ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza zolağında atəşkəs sazişinə imza atıblar.
Tahir Turan
Globalinfo.az