hamas i izrail

HƏMAS iki israilli girovun meyitini Beynəlxalq Qırmızı Xaç Komitəsinə təhvil verib.

Globalinfo.azReuters”ə istinadla xəbər verir ki, bu barədə əməliyyatda iştirak edən rəsmi şəxs məlumat verib.

HƏMAS bildirib ki, yaxın vaxtlarda dörd girovun meyitini təhvil verəcək, lakin qalıqların tapılmasının vaxt ala biləcəyini də vurğulayıb, çünki bütün basdırılma yerləri dəqiq məlum deyil.

Qeyd edək ki, İsraillə HƏMAS arasında döyüşlər başlayandan sonra yüzlərlə israilli girov Qəzzada saxlanılıb və onlardan bəzilərinin taleyi hələ də naməlum olaraq qalır.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: