ABŞ-ın Texas ştatının Fort-Uert şəhəri yaxınlığında yüngül mühərrikli təyyarə qəzası nəticəsində iki nəfər ölüb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Dallas Morning News” nəşri məlumat yayıb.
***00:49
ABŞ-ın Texas ştatının Hiks hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Fox 4” telekanalı məlumat yayıb.
Məlumata görə, qəza yerində bir neçə yük maşını yanıb.
Qəzanın səbəbləri və mümkün tələfatla bağlı hələlik heç bir məlumat verilməyib.