“2019-cu ildə Ukrayna ilə bağlı başlanan impiçment prosesi Uotergeyt qalmaqalından daha böyük və qanunsuz fırıldaq idi”.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” hesabında yazıb.
“Mənim əleyhimə olan “Ukrayna işi” qanunsuz fırıldaq idi. Ümid edirəm ki, Konqres və digər zəruri qurumlar bunu araşdıracaq. ABŞ senatoru Adam Şiff çox ədalətsiz və korrupsionerdir. Bu zaman çoxlu qanun və protokollar pozulub” – Tramp qeyd edib.
Qeyd edək ki, 2019-cu ilin siyasi qalmaqalı Trampın Ukrayna liderindən 2020-ci il prezident seçkilərində rəqibi olan Co Baydenin oğlu Hanter Bayden barəsində araşdırma aparmasını tələb etməsi şübhəsiylə bağlı idi. Bu qalmaqal Trampa qarşı impiçment cəhdinə səbəb oldu.
İmpiçment prosesi Aşağı Palatanın Kəşfiyyat Komitəsinin sədri Adam Şiffin Trampın Zelenski ilə telefon danışığı zamanı təzyiq göstərdiyinə dair açıqlamalarından sonra başlayıb.
Əliyar Xəlil
Globalinfo.az