peskov

“Moskva Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevin görüşü ərəfəsində nikbindir”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Görüşün nəticələrini görəcəyik. Ümid edirik ki, prezidentlər ikitərəfli münasibətlərimizin hazırkı vəziyyətini müzakirə edəcək və qalan məsələləri həll edəcəklər”, – o bildirib.

Qeyd edək ki, bundan əvvəl Kreml Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin MDB dövlət başçılarının Düşənbədə keçiriləcək sammiti çərçivəsində görüşəcəyini təsdiqləyib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: