1bW5sn8nmSOHeLfLyd6YLpXhl2Nt9lRhP0kLYvkn 1200

Ukrayna təkbaşına Rusiyanı məğlub edə bilməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas deyib.

Onun sözlərinə görə, Ukraynanın öz ərazilərini qaytarmaq iradəsi var.

Kallas iddia edir ki, Qərb yardımlara davam edərsə, Kiyev daha çox ərazini azad edə və Moskvanı geri addıma məcbur edə bilər:

“Ancaq təbii ki, o, təkbaşına bunu edə bilməz. Ona görə də dəstəyimizi artırmaqda davam etməyimiz çox vacibdir. Ukrayna hərbi baxımdan nə qədər güclü olsa, danışıqlar masası arxasında da elə olacaq”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: