c98fb260 ab7d 3131 b2de 4b37d39da3c4 825

Pakistanın Baş naziri Şahbaz Şərif 5-7 oktyabr tarixləri aralığında Malayziyada səfərdə olacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi (XİN) məlumat paylaşıb.

Bildirilib ki, səfər Malayziyanın Baş naziri Ənvər İbrahimin dəvəti ilə baş tutacaq.

“İki lider ticarət, İT və telekommunikasiya, halal sənayesi, investisiya, təhsil, enerji, infrastruktur, rəqəmsal iqtisadiyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edəcəklər”, – məlumatda vurğulanıb.

Səfər çərçivəsində iki ölkə arasında bir sıra sazişlərin imzalanması planlaşdırlır.

Paylaş: