İsrail hökuməti orduya Qəzzada əməliyyatların dayandırılması ilə bağlı tapşırıq verib.
Globalinfo.az xəbər verir ki, bu qərarın ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı 21 maddəlik sülh planını təqdim etməsi tərəfləri döyüşləri dayandırmağa çağırmasından sonra qəbul edildiyi bildirilir.
Beləliklə İsrail Silahlı Qüvvələrinə əməliyyatların minimuma endirilməsi, hücumun dayandırılması və sadəcə müdafiə xarakterli tədbirlərin görülməsi tapşırılıb.
Bu qərar faktiki olaraq Qəzzanın işğal prosesinin dayandırılması kimi dəyərləndirilir.
Məlumata görə, artıq HƏMAS anklava nəzarəti Fələstin hökumətinə təhvil verməyə və bütün girovları azad etməyə razılaşıb.
Əliyar Xəlil
Globalinfo.az














