1261714 florian philippot etait l invite de rtl le 28 juillet 2017

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı dron insidentlərinə görə ittiham etməklə ümidsizliyini gizlətməyə çalışır”.

Globalinfo.az xəbər verir ki, bunu Fransa Patriotlar Partiyasının lideri Florian Filippot deyib.

Siyasətçi xatırladıb ki, Ukrayna lideri kəşfiyyat məlumatlarını aldıqdan sonra bu hücumların səbəbkarlarını tanıdığını bəyan edib.

“Danimarkalılar, almanlar, fransızlar bunu bilmir, yalnız Zelenski hər şeyi bilir. Bu, sadəcə gülüncdür. Ukrayna liderinin hərəkətləri isteriyaya bənzəyir, çünki o, faktlar əvəzinə Rusiyanın iddia edilən pilotsuz təyyarələri ilə bağlı əsassız məlumatlara istinad edir”, – deyə Filippot bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: