cf1006a8 1bfb 30fa afd6 bca8d89c52c2 850

Ukraynanın Ali Radası yaxın vaxtlarda keçiriləcək növbəti plenar iclasda müdafiə naziri Oleksiy Reznikovun istefasına səs verəcək. Onun yerinə Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov təyin olunacaq.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Xalqın xidmətçisi” fraksiyasının toplantısında David Araxamiya bildirib.

Məlumata görə, Vasili Malyuk Ukrayna Təhlükəsizlik Xidmətinin rəisi, İqor Klimenko isə daxili işlər naziri təyin ediləcək.

Eyni zamanda, mənbə bildirib ki, Reznikov Ukraynanın sənayenin strateji sahələri məsələləri üzrə nazir postunda Pavel Ryabikini əvəz edəcək.

Paylaş: