Keçmiş prezident Nikola Sarkozini 5 il müddətinə azadlıqdan məhrum edən hakim hədələr almağa başlayandan sonra Fransa məhkəmələr ittifaqı prokurorluğa şikayət göndərib.
Globalinfo.az xəbər verir ki, onlayn mesajlarda ölüm hədələri və ya şiddətli zorakılıq halları yer alıb.
Şikayətdən sonra araşdırma başlanılıb və materiallar onlayn nifrətlə mübarizə üzrə milli idarəyə verilib.
Prokurorluq bəyan edib ki, dövlət vəzifəsini tutan şəxsləri ölümlə hədələmək beş ilədək həbs cəzası ilə cəzalandırılır. Davamlı onlayn təqib və təhqirlərə görə, iki ilə qədər həbs və 30 min avroya qədər cərimə nəzərdə tutulur. Bundan əlavə, dövlət məmurunun həyatı və əmlakı təhlükə altına düşərsə, beş ilə qədər həbs cəzası və 75 min avroya qədər cərimə ilə nəticələnə bilər.
Keçmiş prezident Nikola Sarkozi 2007-ci il seçki kampaniyasının Liviya tərəfindən maliyyələşdirilməsinə görə təqsirli bilinib və 5 il müddətinə azadlıqdan məhrum edilib. O, həmçinin 100 min avro cərimələnib.
Əliyar Xəlil














