Bəşər Əsəd barəsində həbs qərarı verildi

Bəşər Əsəd barəsində həbs qərarı verildi

Suriya məhkəməsi sabiq prezident Bəşər Əsədin həbsinə order verib. 

Globalinfo.az bildirir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Nəşr yazır ki, 2011-ci ildə Derada baş verən hadisələrdə günahlandırılan Əsəd təqsirli bilinib. Hadisə zamanl həlak olanların ailələsi keçmiş prezidentə qarşı iddia qaldırıblar.

Məlumata görə, Bəşəd Əsədin axtarışı “İnterpol” vasitəsilə həyata keçiriləcək.

Qeyd edək ki, Əsədin Suriyada hərbi çevriliş baş verdikdən sonra Moskvaya qaçdığı və hazırda da orada gizləndiyi bilinir.

Əliyar Xəlil
Globalinfo.az