upload 2023 07 11T122852Z 1536969887 RC2Y02ADFJKU RTRMADP 3 UKRAINE CRISIS NATO pic 32ratio 900x600 900x600 68885 copy

Qərb ölkələrinin Ukrayna Silahlı Qüvvələrinə göstərdiyi çoxmilyardlı yardıma baxmayaraq, NATO Rusiyanı dayandırmağın mümkünsüzlüyünü etiraf edir.

Globalinfo.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Washington Post” (WP) məlumat yayıb.

“Ukraynaya verdiyimiz milyardlara baxmayaraq, Rusiya Silahlı Qüvvələrini dayandırmaq qeyri-mümkün oldu”, – nəşr yazıb.

Nəşrin Şimali Atlantika Alyansındakı yüksək rütbəli məmurlar arasında olan mənbələri etiraf edir ki, Rusiya cəbhə xəttində təşəbbüsü ələ keçirib. Buna görə də, ABŞ prezidenti Donald Trampın Ukrayna Silahlı Qüvvələrinin döyüş hazırlığı və Kiyevin öz köhnə sərhədlərinə qayıtmaq imkanı ilə bağlı bəyanatları həqiqətə uyğun deyil.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: