2025 08 25T154630Z 422998046 RC2FEGA12W3D RTRMADP 3 USA TRUMP pic 32ratio 900x600 900x600 56865 1

ABŞ Prezidenti Donald Tramp sentyabrın 22-də Antifa hərəkatını rəsmi olaraq terror təşkilatı kimi tanıyan fərmanı imzalamağı planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Levitt açıqlama verib.

Levittin sözlərinə görə, Prezidentin qərarı daxili terrorizmin maliyyə mənbələrinə birbaşa müdaxilə etməyi nəzərdə tutur:

“Antifa yerli terror təşkilatı kimi tanınacaq və prezident bu fərmanı çox yaxında – hazır olan kimi, bəlkə də bu gün imzalamağı planlaşdırır”.

Qeyd edək ki, Tramp sentyabrın 18-də Antifanı terrorçu elan etmiş, təşkilatı maliyyələşdirənləri araşdırmaqla hədələmişdi.

Bundan bir gün sonra Macarıstanın baş naziri Viktor Orban da Budapeştin solçu radikal qruplarla bağlı oxşar qərar verməyi planlaşdırdığını açıqlamışdı.

Tahir Turan
Globalinfo.az

Paylaş: