Bakıda təşkil olunan “Formula 1” üzrə Azərbaycan Qran-prisində sıralama turu başa çatıb.
Globalinfo.az bildirir ki, üç sessiyanın yekununda birinci olan pilot bəlli olub.
Ən yaxşı nəticəyə “Red Bull”dan Maks Ferstappen imza atıb.
X X X
Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisinin sıralama turunda daha bir qəza baş verib.
Globalinfo.az bildirir ki, “Maklaren”dən Oskar Piastrinin idarə etdiyi bolid də səddə çırpılıb.
Nəticədə qırmızı bayraq qaldırılıb və üçüncü sessiya müvəqqəti dayanıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.
***17:32
Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisinin sıralama turunda daha bir qəza baş verib.
Globalinfo.az bildirir ki, “Ferrari” pilotu Şarl Leklerin idarə etdiyi bolid üçüncü sessiyada səddə çırpılıb.
Nəticədə qırmızı bayraq qaldırılıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.
***17:24
Bakıda təşkil olunan “Formula 1” üzrə Azərbaycan Qran-prisində sıralama turunun ikinci sessiyası başa çatıb.
Globalinfo.az bildirir ki, hələlik ən yaxşı nəticəni “Red Bull” Maks Ferstappen göstərib.
15-ci pillədəki Oliver Berman (“Haas”), 14-cü Lens Stroll (“Aston Martin”), 13-cü Qabriel Bortoleto (“Kik-Zauber”), 12-ci Lyuis Hemilyon və 11-ci Fernando Alonso (“Aston Martin”) üçüncü – sonuncu sessiyada iştirak etməyəcək.
***16:57
Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisində daha bir pilot uğursuzluqla üzləşib.
Globalinfo.az bildirir ki, “Haas” komandasının sürücüsü Oliver Bermanın bolidində problem aşkarlanıb.
O, ikinci sessiyada mübarizəni dayandırmalı olub.
***16:44
Bakıda təşkil olunan “Formula 1” üzrə Azərbaycan Qran-prisində sıralama turunun ilk sessiyası başa çatıb.
Globalinfo.az bildirir ki, hələlik ən yaxşı nəticəni “Maklaren”dən Lando Norris göstərib.
16-cı sıradakı Franko Kolapinto (“Alpin”), 17-ci yerdəki Niko Hyolkenberq (“Kik-Zauber), 18-ci pillədəki, Esteban Okon (“Haas”), 19-cu olan Pyer Qasli (“Alpin”) və 20-ci Aleksander Albon (“Uilyams) ikinci sessiyadan kənarda qalıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.
***16:29
Bakıda təşkil olunan “Formula 1” üzrə Azərbaycan Qran-prisinin sıralama turunda növbəti qəza baş verib.
Globalinfo.az bildirir ki, bu dəfə “Kik-Zauber” komandasının pilotu Niko Hyolkenberqin idarə etditiyi bolid səddə dəyib.
Qırmızı bayraq qaldırılıb və sessiya müvəqqəti dayandırılıb.
Qeyd edək ki, əsas yarış sentyabrın 21-də keçiriləcək.
***16:09
Bakıda təşkil olunan “Formula 1” üzrə Azərbaycan Qran-prisinin sıralama turunda qəza baş verib.
Globalinfo.az bildirir ki, “Uilyams” komandasından Aleksander Albon uğursuzluqla üzləşib.
Qeyd edək ki, əsas yarış sentyabrın 21-də keçiriləcək.
***16:01
Bakıda təşkil olunan “Formula 1” üzrə Azərbaycan Qran-prisində sıralama turu başlayıb.
Globalinfo.az bildirir ki, mübarizəyə saat 16:00-da start verilib.
Yekunda əsas yarışa ilk sırada başlayan pilot müəyyənləşəcək.
Ötən gün birinci və ikinci sınaq yürüşlərində müvafiq olaraq “Maklaren”dən Lando Norris və “Ferrari”dən Lyuis Hemilton ən yaxşı nəticəni göstərib. Bugünkü üçüncü sərbəst yürüşdə də Norris fərqlənib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.
***13:31
Bakıda təşkil olunan “Formula 1” üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş yekunlaşıb.
Globalinfo.az bildirir ki, mübarizəni birinci sırada başa vuran pilot müəyyənləşib.
“Maklaren” sürücüsü Lando Norris ən yaxşı nəticəni göstərib. “Red Bull”dan Maks Ferstappen ikinci, Norrisin komanda yoldaşı Oskar Piastri üçüncü olub.
Ötən gün birinci və ikinci sınaq yürüşlərində müvafiq olaraq Norris və “Ferrari”dən Lyuis Hemilton ilk sırada qərarlaşıblar.
Saat 16:00-da sıralama turu keçiriləcək.
Qeyd edək ki, əsas yarış sentyabrın 21-də baş tutacaq.
***12:31
Bakıda təşkil olunan “Formula 1” üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başlayıb.
Globalinfo.az bildirir ki, mübarizəyə saat 12:30-da start verilib.
Ötən gün birinci və ikinci sınaq yürüşlərində müvafiq olaraq “Maklaren”dən Lando Norris və “Ferrari”dən Lyuis Hemilton ən yaxşı nəticəni göstəriblər.
Saat 16:00-da sıralama turu keçiriləcək.
Qeyd edək ki, əsas yarış sentyabrın 21-də baş tutacaq.
***09:08
Bakıda təşkil olunan “Formula 1” üzrə Azərbaycan Qran-prisində ikinci günə bu gün start veriləcək.
Globalinfo.az bildirir ki, ilk olaraq pilotlar üçüncü sərbəst yürüşdə iştirak edəcəklər.
Daha sonra “Formula 2″də sprint yarışı, ardınca “Formula 1″də sıralama turu baş tutacaq.
Azərbaycan Qran-prisində ikinci günün proqramı
20 sentyabr
12:30. “Formula 1”: Üçüncü sərbəst yürüş
14:15. “Formula 2”: Sprint yarışı
16:00. “Formula 1”: Sıralama turu
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.