WhatsApp Image 2025 09 19 at 14.41.47

Rusiya ordusunun xüsusi təyinatlı qüvvələrinin əsgəri qanitirmədən öldükdən 52 dəqiqə sonra həyata qayıdıb.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Həkim Andrey Kondraxin ölümündən 52 dəqiqə sonra dirilən əsgərin Lazar sindromundan əziyyət çəkdiyini açıqlayıb.

Onun sözlərinə görə, Lazar sindromuna nadir rast gəlinir:

“Bu halda insan ölür, lakin müəyyən müdaxilələrdən sonra ürəyi və beyni fəaliyyətini bərpa edir”.

Həkim hesab edir ki, əsgərin nisbətən gənc olması və həkimlərin operativ reanimasiya tədbirlərinə başlaması, vaxtında qan köçürməsi prosesin müsbət nəticə ilə yekunlaşmasına zəmin yaradıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: