Amerikalı siyasətçi Çarli Kirkin qətlində şübhəli bilinən şəxsin yeni fotoları ortaya çıxıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Yuta ştatının İctimai Təhlükəsizlik Departamenti məlumat yayıb.
“Həmin şəxs cinayət yerinin yaxınlığındakı müşahidə kameralarına düşüb”, – deyə bildirilib.
Görüntülər departamentin sosial şəbəkədəki rəsmi səhifəsində yayımlanıb.
Daha əvvəl Yuta qubernatoru Spenser Koks bəyan edib ki, yerli hakimiyyət orqanları Çarli Kirki öldürməkdə ittiham olunan şəxsə qarşı ölüm cəzası tələb etmək niyyətindədirlər.
Xatırladaq ki, sentyabrın 10-da ABŞ-ın Yuta ştatında, fəal universitet şəhərciyində çıxış edən Kirk təxminən 800 metr məsafədən boyun nahiyəsindən güllələnib. ABŞ Prezidenti Donald Tramp sui-qəsd cəhdində təqsirləndirilən şəxsin ölümlə cəzalandırılması barədə fərman imzalayıb.
Əliyar Xəlil
Globalinfo.az
Əliyar Xəlil
Globalinfo.az














