1lq7han8 benjamin netanyahu twitter 625x300 14 April 24

İsrail Baş naziri Benyamin Netanyahu qəfil baş verə biləcək insident səbəbilə ölkənin bütün yüksək səviyyəli hərbi və təhlükəsizlik rəsmilərini Qüdsə çağırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin “Kanal 13” televiziyası məlumat yayıb.

Qeyd olunub ki, Böyük Britaniyanın döyüş təyyarələri Kiprdən İsrailə doğru kütləvi şəkildə uçur.

Digər bir məlumata görə, Türkiyədə fəaliyyət göstərən haker qrupu müdafiə naziri İsrael Katza videozəng edib.

Bundan başqa, İran yeni radar sistemini istifadəyə verib və bu, bütün İsrail qırıcılarını izləyə biləcək qabiliyyətə malikdir.

Telekanal vurğulayıb ki, İranla Yəmən birlikdə böyük raketdron hücumuna hazırlaşır:

”Bu isə regionda gərginliyi maksimum səviyyəyə çıxararaq İsrailin müdafiə qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirib”.

Tahir Turan
Globalinfo.az

Paylaş: