owl detail 620 077dadcc811590da50c1fa5c5bab74a4

Belarus Prezidenti Aleksandr Lukaşenko RusiyaABŞ arasında Ukrayna münaqişəsinin həlli ilə bağlı əldə olunan razılaşmalara toxunaraq, Moskvanın onları icra etməyə hazır olduğunu açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “BelTa” agentliyi məlumat yayıb.

Xəbərə görə, Lukaşenko məsələni Avropa dövlətləri və Kiyevlə əlaqələndirib.

“Münaqişənin dayandırılması RusiyaABŞ-dan daha çox avropalılardan və Zelenskidən asılıdır. Sual onlara ünvanlanmalıdır”, – deyə Belarus lideri bildirib.

Dövlət başçısı həmçinin Kiyevin müharibədə qalib gəlmək imkanlarını real görmədiyini vurğulayıb.

Xatırladaq ki, avqustun 8-də Lukaşenko Minskdə ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir PutinUkrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsini təklif etmişdi. Onun sözlərinə görə, Ukrayna münaqişəsinin həlli istiqamətində ilk addım havada atəşkəsin əldə olunması ola bilər.

Tahir Turan
Globalinfo.az

Paylaş: