Levandovski fantastik təklifi rədd etdi

Levandovski fantastik təklifi rədd etdi

“Barselona”nın hücumçusu Robert Levandovski Səudiyyə Ərəbistanında oynamaqdan imtina edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Diario Sport” nəşri məlumat yayıb.

Ərəblər Levandovskiyə illik 100 milyon avro maaş təklif edib. 37 yaşlı futbolçu bu təklifi rədd edib. O, Avropada qalmağa üstünlük verib.

Qeyd edək ki, “Barselona” Robert Levandovskini 2022-ci ilin yayında “Bavariya”dan transfer edib. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.