mehriban anna

Azərbaycan və Ermənistan arasında sülh prosesi üzrə müəyyən irəliləyişlər müşahidə olunur. Bu kontekstdə Çində Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə Ermənistanın Baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyan arasında baş tutan ayaqüstü görüş maraqla qarşılanıb.

Ardınca Mehriban Əliyeva ilə Anna Akopyanın yenidən bir araya gəlməsi və birlikdə foto çəkdirmələri xüsusilə diqqət cəlb edib.

Azərbaycanın birinci xanımı sülh prosesi çərçivəsində Akopyanı Bakıya səfərə dəvət edə bilərmi? Bu, hansı halda mümkündür?

Globalinfo.az-a danışan politoloq Vəli Əlibəyov deyib ki, belə bir dəvət yaxın zamanda reallaşmayacaq:

“Bəli, tərəflər sülhə doğru irəliləməkdə qərarlı görünürlər, Çindəki görüntülər də bunu təsdiqləyir. Lakin hər iki ölkənin cəmiyyətləri belə bir prosesə hazırlanmalıdır. Əks halda, belə səfər arzuolunmaz nəticələr doğura bilər.

veli elibeyov
Vəli Əlibəyov

Sülh müqaviləsinin imzalanması da prosesin əsas məqamlarından biridir. Lakin Ermənistan tərəfi bu yolda siyasi iradə nümayiş etdirməli və konstitusiyasında zəruri dəyişikliklər həyata keçirməlidir. Bu, baş verməzsə, sülh danışıqları yalnız kağız üzərində qalacaq və Akopyanın Bakıya səfəri real nəticələr doğurmayacaq.

Digər tərəfdən, son hadisələr sülh müqaviləsi imzalanan kimi Anna Akopyanın dərhal Bakıya gələcəyi şəklində anlaşılmamalıdır. Ümumiyyətlə, bu cür səfərlərin reallaşması üçün zamana ehtiyac var”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: