Bakı razılıq verdi, dostu 34 illik qərarı dəyişdi: İrəvanı təəccübləndirən addım

Bakı razılıq verdi, dostu 34 illik qərarı dəyişdi: İrəvanı təəccübləndirən addım

Pakistanla Ermənistan arasında diplomatik münasibətlərin qurulması istiqamətində danışıqlar aparılır. Bu kontekstdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Pakistanın xarici işlər naziri İshaq Dar arasında ötən həftə ilk dəfə telefon danışığı baş tutub.

Nazirlər həmçinin avqustun 31-də Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində bir araya gələrək müzakirə aparıblar. İslamabadın İrəvanla əlaqələrin qurulmasını Bakı ilə razılaşdırdığı, daha sonra təmasların yaradıldığı bildirilir.

İki ölkə arasındak diplomatik yaxınlaşma regionda hansı dəyişikliklərə səbəb ola bilər? Hindistan bu prosesə necə reaksiya verəcək?

Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Bakıİrəvan arasında sülh istiqamətində böyük irəliləyiş əldə edildikdən sonra Ermənistanın bir sıra dövlətlərlə diplomatik münasibətlər qurmaq üçün təşəbbüslər göstərməsi müşahidə olunur:

“Məlumdur ki, Azərbaycanın haqq işini birmənalı şəkildə dəstəkləyən dost ölkələr var. Onlar Ermənistanın işğalçılıq siyasəti və etnik təmizləmə həyata keçirməsinə qarşı çıxırdılar. Nəticədə bəzi dövlətlər, o cümlədən, qardaş Türkiyə, Özbəkistan, Pakistan və bir sıra ərəb ölkələri Ermənistanla diplomatik münasibətlər qurmaqdan imtina etmişdilər. Lakin artıq regional reallıqlar dəyişməkdədir. Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində İrəvan və İslamabad arasında münasibətlərin qurulması istiqamətində ilk addımlar atılır.

Bakı razılıq verdi, dostu 34 illik qərarı dəyişdi: İrəvanı təəccübləndirən addım
İlyas Hüseynov

ErmənistanHindistan əlaqələri isə kifayət qədər müsbət səviyyədədir. Yeni Dehli Cənubi Qafqazda öz maraqlarını möhkəmləndirmək və AzərbaycanPakistan əlaqələrinə zərbə vurmaq məqsədilə İrəvanı dəstəkləyirdi”.

Safura Bənnayeva
Globalinfo.az