Göbələk yeyən ailə zəhərləndi

Göbələk yeyən ailə zəhərləndi

Şamaxı rayonunda bir ailə göbələkdən zəhərlənib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, zəhərlənmə dünən gecə saatlarında olub.

Şamaxı xəstəxanasına çatdırılan 1987-ci il təvəllüdlü Nəsirova Rəvanə Adil qızı, övladları 2010-cu il təvəllüdlü Nəsirov Namiq Amil oğlu və 2007-ci il təvəllüdlü Nəsirova Şəbnəm Amil qızı vəziyyətləri ağır olduğundan Bakıda xəstəxanalardan birinin Toksikologiya şöbəsinə aparılıb.