III MDB Oyunlarında Azərbaycanı 23 idman növündə 340 idmançı təmsil edəcək.
Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, ümumilikdə nümayəndə heyətinin sayı 475 nəfər olacaq.
Ən çox Azərbaycan idmançısı cüdo və qılıncoynatmada – hər birində 32 nəfər olmaqla iştirak edəcək. Taekvondo və voleybol növlərində isə 28 idmançı mübarizə aparacaq.
Azərbaycanlı idmançılar həmçinin komanda idman növlərində də çıxış edəcəklər: futbol, çövkən, voleybol və 3×3 basketbol. Bundan əlavə, bədii gimnastikada ölkəmiz qrup hərəkətləri komandası ilə təmsil olunacaq.
Qeyd edək ki, Azərbaycan ev sahibi ölkə olaraq, bir sıra idman növlərində – cüdo, taekvondo, qılıncoynatma, badminton və karatedə, iki heyətlə iştirak edəcək.
III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın 7 şəhərində – Gəncə, Qəbələ, Mingəçevir, Göygöl, Xankəndi, Yevlax və Şəkidə keçiriləcək. Oyunların açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda baş tutacaq.
| Qılıncoynatma | 32 |
| Cüdo | 32 |
| Taekvоndo | 28 |
| Voleybol | 28 |
| Güləş | 27 |
| Karate | 24 |
| Futbol | 23 |
| Boks | 22 |
| Avarçəkmə | 21 |
| Atıcılıq | 16 |
| Badminton | 16 |
| Üzgüçülük | 13 |
| Batut gimnastikası | 11 |
| Bədii gimnastika | 10 |
| Çövkən | 9 |
| Sambo | 8 |
| 3×3 Basketbol | 8 |
| Oxatma | 6 |
| Stolüstü tennis | 6 |














