Ukrayna Prezidenti Vladimir Zelenski xüsusi nümayəndə Olqa Stefanişinanı Ukraynanın ABŞ-dakı səfiri təyin edib.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Mən indicə Ukraynanın Amerika Birləşmiş Ştatlarındakı yeni səfiri Olqa Stefanişina ilə danışdım. Rəsmi prosedurlar başa çatıb – bu gün mən səfirin təyin edilməsi haqqında fərman imzaladım”, – Zelenski bildirib.