
Paşinyanın İrəvan restoranlarının birinə getməsi paytaxtda həyatı əməlli-başlı iflic edib.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilir ki, polis həmin ərazidə yüksək hazırlıq vəziyyətinə gətirilib.
Sözügedən ərazidə Ermənistan Müdafiə Nazirliyi də daxil olmaqla xeyli sayda dövlət qurumuna məxsus xidməti avtomobillərin olması diqqət çəkib.
Ancaq jurnalistlərin Paşinyanın olduğu restorana yaxınlaşmasına icazə verilməyib. İnsanlar isə nə baş verdiyini anlamaqda çətinlik çəkiblər və bu müəmma ermənilər arasında narahatçılığa səbəb olub.
Əliyar Xəlil
Globalinfo.az