Globalinfo.az xəbər verir ki, bunu Ağ Evdə çıxışı zamanı ABŞ Prezidenti Donald Tramp deyib.
Onun sözlərinə görə, püşkatmanın paytaxtda keçirilməsi böyük şərəfdir:
“Bu il dekabrın 5-də 2026-cı il dünya çempionatının püşkatma mərasimi məhz burada, Vaşinqtondakı Kennedi Mərkəzində keçiriləcək.
Bu, idman aləmində qeyri-adi hadisədir, ən böyük yarışdır. Biz dünyanın ən yaxşı idmançılarını burada, xalqımızın mədəniyyət mərkəzində qəbul etməkdən qürur duyuruq”.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək.