9362aceb 7a55 3055 994c e582fd5e58b1

Avqustun 22-də Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Həştərxan vilayətində səfərdə olub.

Nazirlər Kabinetindən Globalinfo.az-a verilən məlumata görə, nümayəndə heyətinin üzvləri əvvəlcə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda onun abidəsini ziyarət ediblər. Onlar Ulu Öndərin xatirəsini yad edib, abidənin önünə gül dəstələri qoyublar.

Daha sonra Həştərxanda Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 23-cü iclası keçirilib.

İclasdan əvvəl Hökumətlərarası Komissiyanın Azərbaycan və Rusiya tərəfdən həmsədrləri – Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçukun məhdud tərkibdə görüşü keçirilib.

Daha sonra hər iki ölkənin müvafiq dövlət strukturlarının rəhbərləri və səlahiyyətli nümayəndələrinin iştirakı ilə Hökumətlərarası Komissiyanın iclası baş tutub.

İclasda Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının müxtəlif istiqamətlərdə mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, investisiyalar, sənaye, nəqliyyat-tranzit və digər sahələrdə həyata keçirilən birgə layihələr nəzərdən keçirilib.

İclasın yekunlarına dair Ş.Mustafayev və A.Overçuk Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşıq üzrə Hökumətlərarası Komissiyanın 23-cü iclasının Protokolunu imzalayıblar.

Daha sonra Baş nazirin müavini Şahin Mustafayevin Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin ilə görüşü olub.

Görüşdə Azərbaycan ilə Həştərxan vilayəti arasında iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

f224a888 b7e2 335d 9444 46717dfd525d 60618e7a c93d 3967 a5fe 1f758f095096 47f769c7 2f41 3b4f ba76 d457e153cef6 4ce2250e bd8e 3e22 aebd 79165086908d 850

Paylaş: