67f66f297998a67f66f297998b174420356167f66f297998867f66f2979989

Ukrayna Silahlı Qüvvələrinin (UAF) pilotsuz uçan aparatının zərbəsi nəticəsində vilayətin sakini yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Belqorod vilayəti qubernatoru Vyaçeslav Qladkov bildirib. Hadisə Qrayvoron rayonunun Novostroevka-Pervaya kəndində baş verib.

Zərərçəkən tez bir zamanda özünümüdafiəçilər tərəfindən götürülərək xəstəxanaya çatdırılıb.

Qadın mina partlayıcısından xəsarət alaraq barotravma, baş, döş qəfəsi, qarın, ayaqlar və sağ qolundan çoxsaylı qəlpə yaraları alıb.

Qeyd edək ki, Rusiya da Ukraynaya qarşı PUA hücumu təşkil edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: