Türkiyənin daxili işlər naziri Süleyman Soylu istefa ərizəsini prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib.
Globalinfo.az bildirir ki, Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyənin “Milli Gazete” nəşri məlumat yayıb.
Qəzetin yazdığına görə, o, Nazirlər Kabinetinin sentyabrın 26-da keçirilən iclasında istefa verəcəyini bildirib. Türkiyə liderinin bu qərara necə reaksiya verdiyi hələlik məlum deyil.
Qeyd edək ki, Soylu 2012-ci ilin sentyabrında Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasına üzv olub, 2015-ci ilin noyabrından 2016-cı ilin avqustunadək Əmək və Sosial Müdafiə Nazirliyinə rəhbərlik edib. 2016-cı ilin avqustunda o, daxili işlər naziri təyin edilib.













