ataturk hava limani

Avqustun 22-də ABŞ, RusiyaUkrayna liderləri görüşə bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Milliyet” qəzeti məlumat yayıb.

Qəzetdə dərc olunan məqaləyə görə, üçtərəfli görüşün məhz Atatürk Hava Limanında keçirilməsi ehtimalı yüksəkdir.

Bildirilir ki, təhlükəsizlik üçün bu məkan ideal seçimdir:

“Həmçinin, Atatürk Hava Limanında qısa müddətdə yüksək səviyyəli qoruma tədbirlərini həyata keçirmək mümkündür. Siyasi baxımdan da seçim məntiqlidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər üç liderlə birbaşa təmasdadır və belə bir zirvənin keçirilməsi üçün lazımi diplomatik zəmini formalaşdırmaq gücündədir”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: