owl detail 620 8797c09c7ccab1a7c1737efa42fed76e

ABŞ prezidenti Donald Tramp Rusiya və onun ticarət tərəfdaşlarına qarşı mümkün təzyiqlərin artırılmasını nəzərdən keçirəcəyini bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə o “Fox News”a müsahibəsində deyib.

ABŞ lideri Rusiya və onun ticarət tərəfdaşlarına qarşı yeni tariflərin tətbiqindən danışarkən bu haqda iki-üç həftə sonra düşünəcəyini qeyd edib.

“Bu gün baş verənləri nəzərə alsaq,indi bu barədə düşünməyə ehtiyac yoxdur. Ola bilsin ki, iki və ya üç həftə sonra bu barədə düşünəcəm, amma indi buna ehtiyac yoxdur”, – Tramp deyib.

Qeyd edək ki, Putinlə sammitdən sonra Ağ Ev rəhbəri bildirib ki , hələlik heç bir razılaşma yoxdur. O, tərəflərin bir çox məsələlərdə razılığa gəldiyini qeyd edib. Lakin danışıqlar zamanı bir neçə məqamın, o cümlədən kifayət qədər vacib məqamların olduğunu və onlar üzrə razılığa gəlməyin mümkün olmadığını diqqətə çatdırıb.

Paylaş: