1530514051tramp putin

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında keçiriləcək danışıqlar iki “samurayın hekayəsi”ni xatırladacaq.

Globalinfo.az xəbər verir ki, bu fikri Rusiya Dövlət Dumasının deputatı Andrey Kolesnik NEWS.ru-ya açıqlamasında bildirib.

“Deyirlər ki, Putin və Tramp Alyaskada sadəcə çay içib bir-birilərinə baxacaqlar. Bu, əslində çox vacibdir. Ağıllı insanlar söz demədən də anlayırlar. Bu, bir “samuray hekayəsi”dir — sadəcə baxışmaq və növbəti addımın nə olacağını dərk etmək ”, – deyə Kolesnik qeyd edib.

Deputat vurğulayıb ki, Rusiya lideri istənilən halda ölkəsinin maraqlarını qoruyacaq:

“Tramp biznesmendir, Putin isə “xüsusi xidmət orqanlarından çıxıb” və əvvəlcə Vətəni, sonra isə özünü düşünür”.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: