689b54fe4a4c425bee9dc128

Fransa, AlmaniyaABŞ-ın Türkiyəyə müəyyən müdafiə inventarlarının ixracına icazə verməsi Yunanıstanda narahatlıq doğurub.

Globalinfo.az xəbər verir ki, Fransanın “Meteor” raketlərinin satışına, Almaniyanın isə “Eurofighter” qırıcılarının ixracına yaşıl işıq yandırması Afina hökumətində Türkiyənin hərbi gücünün artacağı ilə bağlı narahatlığı dərinləşdirib.

Yunan mətbuatının yazdığına görə, Türkiyənin MİLDEN və NÜKDEN layihələri çərçivəsində yeni nəsil sualtı qayıqlar hazırlaması Egey və Aralıq dənizində üstünlüyünü möhkəmləndirməsi Yunanıstanı da oxşar addımlar atmağa sövq edir.

Müdafiə naziri Nikos Dendias “yeni nəsil sualtı qayıqların alınması ilə bağlı danışıqların tezliklə başlayacağını” açıqlayıb.

“Kathimerini” qəzetinin məlumatına görə, bu istiqamətdə mühüm təklif Cənubi Koreyadan gəlib. Seul administrasiyası Yunanıstana üç sahədə əməkdaşlıq paketi təqdim edib:

KSS-III tipli, “Chonryong” qanadlı və “Hyunmoo” ballistik raketləri daşıya bilən dörd sualtı qayığın satışı;

Yunan tərsanələrində sualtı qayıqların birgə inşası;

Cənubi Koreya istehsalı pilotsuz uçuş aparatlarının (PUA) ixracı.

Təklifdə həmçinin Yunanıstan quru qüvvələri üçün hərbi texnikanın birgə istehsalı da yer alır. Mənbələrə görə, Afina hökuməti bu planı Egey və Aralıq dənizində dəniz üstünlüyünü qorumaq məqsədilə ciddi şəkildə nəzərdən keçirir.

Tahir Turan
Globalinfo.az

Paylaş: