Son dəqiqə: Rusiya Donetskə zərbə endirdi – Ölənlər və yaralananlar var / FOTOLAR

Son dəqiqə: Rusiya Donetskə zərbə endirdi - Ölənlər və yaralananlar var / FOTOLAR

Bu gün Rusiyanın Ukraynanın şərqində Donetsk bölgəsinə ölümcül zərbə endirib.

Globalinfo.az xəbər verir ki, Donetsk qubernatoru Pavlo Kirilenko hücumdan sonra verdiyi açıqlamada azı 3 nəfərin öldüyünü, 2 nəfərin yaralandığını bildirib.

“Dörd yaşayış binası, bir otel və ç0x sayda avtomobilə ziyan dəyib. Xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları insanlara kömək etmək və rus işğalçılarının daha bir cinayətini diqqətlə sənədləşdirmək üçün hadisə yerində işləyirlər”, – Kirilenko “Telegram” kanalında yazıb.

Qeyd edək ki, Ukrayna Prezident Vladimir Zelenski açıqlamasında bildirib ki, cəbhə xəttindəki vəziyyət “son dərəcə kəskindir,” xüsusilə də Donetskdə. O orada Vuhledar və Baxmut uğrunda böyük döyüşlərin aparıldığını bildirib. Baxmur Rusiyanın artilleriya bombardmanı nəticəsində faktiki olaraq yerlə-yeksan olunub.

Zelenski yanvarın 27-də etdiyi gündəlik müraciətində deyib ki, döyülərin şiddəti onu göstərir ki, Ukraynanın Rusiyanın artan təzyiqinə qarşı mübarizə aparmaq üçün təcili olaraq daha çox silaha ehtiyacı var.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yanvarın 28-də gündəlik açıqlamasında bildirib ki, Rusiya qoşunları Ukraynanın Donetsk və Luhansk bölgələrində çoxşaxəli hücuma davam edirlər: “Düşmən Baxmut, Avdiyivka və Novopavlyivka istiqamətində hücumlar həyata keçirməyə davam edir. Kupyansk, Zaporojya və Xerson istiqamətlərində düşmən hücumdadır”.

Ukrayna ordusunun sözçüsü Serhiy Çerevatı yerli mediaya bildirib ki, Vuhledarda “ağır döyüş” gedir: “Rusiya Federasiyasının ordusu aylardır orada əhəmiyyətli irəliləyiş əldə etməyə çalışır”.

Hərbi müdaxilədən öncə təxminən 15 min əhalisi olan Vuhledar Donetskin cənubunda rabitə qovşağı kimi strateji əhəmiyyətə malikdir.

Ukrayna Təhlükəsizlik Şurasının katibi Oleksiy Danilov AzadlıqRadiosuna bildirib ki, Moskva fevralın 24-də yeni hücuma hazırlaşır.

Son dəqiqə: Rusiya Donetskə zərbə endirdi - Ölənlər və yaralananlar var / FOTOLAR Son dəqiqə: Rusiya Donetskə zərbə endirdi - Ölənlər və yaralananlar var / FOTOLAR Son dəqiqə: Rusiya Donetskə zərbə endirdi - Ölənlər və yaralananlar var / FOTOLAR

Son dəqiqə: Rusiya Donetskə zərbə endirdi - Ölənlər və yaralananlar var / FOTOLAR Son dəqiqə: Rusiya Donetskə zərbə endirdi - Ölənlər və yaralananlar var / FOTOLAR Son dəqiqə: Rusiya Donetskə zərbə endirdi - Ölənlər və yaralananlar var / FOTOLAR Son dəqiqə: Rusiya Donetskə zərbə endirdi - Ölənlər və yaralananlar var / FOTOLAR

Gülnar Səlimova

Globalinfo.az