odessa partlayis

Rusiya Odessa vilayətində SOCAR-a məxsus neft bazasına zərbə endirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “RKB”-yə mənbələr məlumat verib.

Avqustun 8-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynanın Odessa vilayətində yerləşən neft bazasına “Şahed” pilotsuz uçuş aparatları ilə hücum edib. PUA zərbələri yanğına səbəb olub və dizel yanacağı nəql edilən boru kəmərinə ziyan vurub.

Bundan başqa, şirkətin 4 əməkdaşı ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.

Yanğın tez bir zamanda lokallaşdırılıb. Hazırda dəymiş ziyanın həcmi müəyyənləşdirilir. Təcili bərpa işləri aparılır.

Ukrayna hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, zərbələr hədəfə yönəlik olub.

Qeyd edək ki, bu, son həftələrdə SOCAR-a bağlı obyektlərə edilən ikinci zərbədir: daha əvvəl “Orlovka” yaxınlığında Azərbaycan qazının ötürülməli olduğu qazpaylayıcı stansiya zədələnmişdi.

Paylaş: