Qırğızıstanın paytaxtı Bişkekdə 5,1 bal gücündə zəlzələ olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Qırğızıstan Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutu məlumat yayıb.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Qırğızıstan-Özbəkistan sərhədində, təxminən 10 km dərinlikdə yerləşib.
Yeraltı təkanlar şəhərin bütün ərazilərində hiss edilib.