
Amerikalı müğənni Cennifer Lopezin pərəstişkarları Ermənistan və Gürcüstan sərhəddinə toplaşıb.
Globalinfo.az Sputnik Ermənistan-a istinadən xəbər verir ki, qonşu ölkə vətəndaşları ifaçını görməyə böyük qruplar şəklində gəlirlər.
Bildirib ki, keçid məntəqəsindən keçmək azı iki saat çəkir.
Qeyd edək ki, Lopez bazar günü, avqustun 3-də İrəvanda çıxış edəcək.
Ermənistan paytaxtının vitse-meri Armen Pambukçyan hökumətinin amerikalı estrada ulduzunun konsertinin təşkili üçün 7 milyon dollar ayırdığını bildirib.