Almaniya Ukraynaya əlavə “Patriot” sistemləri göndərəcək

Almaniya Ukraynaya əlavə “Patriot” sistemləri göndərəcək

Almaniyanın müdafiə naziri Boris Pistorius ölkəsinin yaxın iki-üç ay ərzində Ukraynaya əlavə “Patriot” hava hücumundan müdafiə sistemləri göndərəcəyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Nazir bildirib ki, Almaniya Kiyevin hava hücumlarına qarşı müdafiə qabiliyyətini gücləndirmək məqsədilə bu addımı atır. Pistoriusun sözlərinə görə, “Patriot” sistemlərinin göndərilməsi artıq planlaşdırılıb və prosesin yaxın həftələrdə həyata keçirilməsi gözlənilir.

Qeyd edək ki, Almaniya Ukraynaya daha əvvəl də “Patriot” və digər hava hücumundan müdafiə sistemləri tədarük edib. Bu dəstəyin davamı olaraq yeni mərhələ Rusiya raket və dron hücumları qarşısında Ukraynanın hava məkanını qorumağa yönəlib.