Mərkəzi Nəbatat Bağında azyaşlını ilan sancdı

Mərkəzi Nəbatat Bağında azyaşlını ilan sancdı

Ötən gün Badamdar şossesində yerləşən Mərkəzi Nəbatat Bağında azyaşlını ilan sancıb.

Globalinfo.az ölkə.az-a istinadən xəbər verir ki, bu barədə zərəçəkən azyaşlının ailəsinə yaxın şəxslər sosial şəbəkələrdə məlumat paylaşıb.

Məlumata görə, xəstəxanaya çatdırılan 6 yaşlı uşağa həkimlər müdaxilə edib.

Hazırda azyaşlının müalicəsi davam etdirilir. Onun vəziyyəti orta ağır kimi qiymətləndirilir.