tramp 4 3

Prezident Donald Tramp Rusiya ilə ABŞ arasında Ukrayna ilə bağlı razılaşmanın əldə edilməsi üçün təyin etdiyi müddəti 10-12 günə endirəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Şotlandiyanın Turnberi şəhərində Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşündən sonra deyib.

“İyulun 28-dən başlayaraq 10-12 günlük yeni müddət təyin edəcəyəm. Gözləməyin mənası yoxdur! Biz irəliləyiş görmürük”, – deyə o bildirib.

Qeyd edək ki, iyulun 14-də Tramp Ukrayna münaqişəsi ilə bağlı açıqlama verib. O bildirib ki, Moskvadan çox narazıdır.“50 gün ərzində döyüşlər dayanmasa, ABŞ Rusiya və onun tərəfdaşlarına 100 faiz ikinci dərəcəli rüsumlar tətbiq edəcək”, – deyə Ağ Ev lideri vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: